Qadın deputatlara süni kirpiklər və dırnaqlar qadağan edildi
13 Sentyabr 2018 15:48 DünyaTanzaniyada qadın deputatlara süni kirpiklərdən və dırnaqlardan istifadə qadağan edildi.
Müvafiq qərar parlamentin spikeri Cob Nduqay tərəfindən imzalanıb. Daha sonra həddindən artıq makiyajdan istifadə etməyə qadağa qoyulacağı da istisna edilməyib.
Qeyd edək ki, qərar səhiyyə naziri Faustin Nduqulilenin süni kirpik və dırnaqların insan səhhətinə zərərli olması ilə bağlı çıxışından sonra qəbul edilib. Məlumataa görə, infeksiyaya yoluxma diaqnozu ilə 700-dən çox qadın xəstəxanalara müraciət edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31