Kerri: "Rusiya oyun oynadı, biz bacarmadıq"

ABŞ Əsədin kimyəvi silahların hamısını ləğv etmədiyini bilirdi.

Bunu "Foks Nyus" televiziyasına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Con Kerri deyib.

"Biz deyirdik ki, Suriya qeydə alınmış kimyəvi silahların hamısını məhv edib. Bilirdik ki, Əsəd bizdən nə isə gizləyərək qoruyub saxlayıb. BMT Təhlükəsizlik Şurasında bununla bağlı fəaliyyətə başlamaq istəyəndə Rusiya öz oyununu oynadı. Ona görə də bizdə heç nə alınmadı", - deyə o bildirib.

Kerri həmçinin Suriyaya qarşı güc tətbiqi məsələsində ABŞ Prezidenti Donald Trampın siyasətini dəstəklədiyini bildirib.

Keçmiş baş diplomat bununla belə İran, Rusiya və digər region dövlətlərinin iştirakı olmadan Suriya məsələsinin həll edilməyəcəyini söyləyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31