ATƏT PA Cənubi Qafqazda yeni xüsusi təmsilçi təyin edəcək
13 Sentyabr 2018 14:36 DünyaATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Sereteli bu qurumun Cənubi Qafqazdakı yeni xüsusi təmsilçisini təyin etmək fikrindədir.
Bu barədə G.Sereteli Ermənistana ikigünlük səfəri zamanı bildirib.
Daha əvvəl həmin vəzifədə çalışmış Bolqarıstan təmsilçisi Kristian Vigenin bu ilin fevral ayı ATƏT PA-nın Vyana sessiyasında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsindəki fəaliyyətinə daha çox vaxt ayırmaq istədiyini bildirərək istefa vermişdi.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31