Prezident xələfinə çağırış etdi - Rusiya təhlükəsi
13 Sentyabr 2018 13:30 DünyaRusiya Gürcüstana qarşı ən böyük təhlükə olaraq qalır.
Bu sözləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Tiflisdə keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.
"Bizim üçün əsas təhlükə Rusiyadır. Onlar hələ 1990-cı illərdə Gürcüstanın ərazi bütövlüyünü pozdular və 2008-ci ildə də bu fəaliyyətlərini davam etdirdilər", - Marqvelaşvili bildirib.
Rusiyanın Gürcüstanın seçdiyi avroatlantik inteqrasiya kursunun əleyhinə çıxış etdiyini bildirən prezident ölkəsinin bu xarici siyasət xəttinin dəyişilməz olaraq qaldığını açıqlayıb:
"Mən yaxın vaxtlarda seçilməsi nəzərdə tutulan yeni prezidentə bütün beynəlxalq platformalarda Rusiyanın Gürcüstana hücum etdiyini və buna heç cür bəraət qazandıra bilməyəcəyini xatırlatması barədə çağırış edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31