"Xalqımı təbrik edirəm, Paşinyan artıq diktatordur" - Köçəryan

Ermənistan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidmətinin rəhbərlərinin telefon danışığı məhkəmə sisteminə olan təzyiqləri sübuta yetirir.

Bunu "Yerevan Tudey"ə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. Onun sözlərinə görə, hökumətin məhkəmə sisteminə müdaxiləsi cinayətdir.

O, bu telefon danışığının bir daha ona qarşı qaldırılan cinayət işinin siyasi təqib olduğunu sübuta yetirdiyini bildirib.

Köçəryan müsahibəsində telefon danışığının necə internetə düşməsinə aydınlıq gətirməkdən imtina edib. Paşinyanın bütün həbslərə görə məsuliyyəti üzərinə götürdüyünü deməsini isə onun diktatorluğu ilə bağlı olduğunu bildirib:

"İndi mən Ermənistan xalqını yeni diktator əldə etməsinə görə təbrik etməliyəm? İnqilabın hədəfi bu idimi? Mənim böyük şübhələrim var. Xalqımız anlamalıdır ki, baş verənlərin nəticələri Ermənistan üçün ağır olacaq".

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31