NATO narahatdır: Rusiya S-400-ləri işə saldı

Rusiyanın 17 sentyabra qədər davam etməsi nəzərdə tutulan "Şərq 2018" təlimlərində S-300 və S-400 zenit raket komplekslərindən istifadə olunması NATO və Avropada narahatlıq doğurub.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, NATO Rusiyanın son 40 ildə həyata keçirdiyi ən böyük təlim kimi xarakterizə olunan "Şərq 2018"-lə bağlı açıqlamasında bu təlimləri Rusiyanın "genişmiqyaslı əməliyyata köklənməsinin sübutu" kimi dəyərləndirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31