Putin Paşinyana razılıq verdi: O, vəzifədən gedir
13 Sentyabr 2018 12:15 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturov yaxın zamanlarda vəzifəsini tərk edəcək.
Artıq KTMT-nin bütün üzvləri Ermənistan rəhbərliyinin xahişi əsasında Xaçaturovun vəzifədən uzaqlaşdırılmasına izn veriblər.
Bununla belə, qəzet Xaçaturovun geri çağırılmasından sonra baş katiblik vəzifəsinin Ermənistan nümayəndəsinə verilməyəcəyini iddia edib. Bu vəzifəni Belarus nümayəndəsinin icra edəcəyi vurğulanıb.
Qeyd edək ki, Xaçaturov KTMT baş katibi vəzifəsini 2017-ci ilin 14 aprelindən icra edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31