Çexiyanın İsraildəki səfirliyi Qüdsə köçürülə bilər
13 Sentyabr 2018 12:06 DünyaÇexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi mümkünlüyünün nəzərdən keçirildiyini bildirib.
Onun sözlərinə görə, diplomatik nümayəndəliyin köçürülməsi prosesi üç mərhələdən ibarət olacaq.
O qeyd edib ki, oktyabrda Qüdsdə Çexiyanın fəxri konsulluğu açılacaq. Bundan sonra orada "səfirliyin faktiki köçürülməsinədək digər Çexiya müəssisələri" açılacaq.
Bildirilir ki, Zeman Qüdsdə Çexiya diplomatik nümayəndəliklərinin konkret nə zaman açılacağı barədə məlumat verməyib.
Agentliyin məlumatına görə, ölkənin xarici siyasətini idarə edən Çexiya hökuməti bu planları təsdiq etməyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31