ABŞ-ın müdafiə naziri Makedoniyanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Skopyeyə səfər edəcək
13 Sentyabr 2018 12:00 DünyaABŞ-ın müdafiə naziri Ceyms Mettis sentyabrın 16-da Makedoniyaya səfər edəcək. Bunda məqsəd ölkənin NATO-ya daxil olmasını dəstəkləməkdir.
Bu barədə Pentaqonun çərşənbə günü yaydığı məlumatda deyilir.
"Müdafiə naziri Ceyms Mettis NATO-ya daxil olmaq prosesində ABŞ-ın Makedoniyaya dəstəyini, həmçinin Birləşmiş Ştatların bölgədə sülh və təhlükəsizliyə davam edən bağlılığını nümayiş etdirmək üçün bazar günü, sentyabrın 16-da Skopyeyə səfər edəcək. Nazirin baş nazir Zoran Zayev ilə görüşü və birgə mətbuat konfransı planlaşdırılıb", - deyə məlumatda bildirilir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31