Aİ Rusiya əleyhinə sanksiyaların müddətini 6 ay uzadıb
13 Sentyabr 2018 11:57 DünyaAvropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya əleyhinə sankisiyanın müddətini daha 6 ay uzadıb.
Sanksiyalar gələn il martın 15-nə qədər qüvvədə olacaq.
Sanksiyalara maliyyə aktivlərinin dondurulması və səyahətlə bağlı məhdudiyyətlər daxildir. Onlar 44 şirkətdən 155 nəfəri əhatə edir.
Xatırladaq ki, İtaliyanın xarici işlər naziri Matteo Salvini Rusiyaya qarşı həyata keçirilən sanksiyalarda heç bir məna görmədiyini bəyan edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31