Türkiyədə yenə meşə yanır - Vertolyotlar səfərbər edildi

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunda meşədə yanğın başlayıb.

Hazırda yanğının söndürülməsi üçün operativ işlər aparılır, yanğınla mübarizəyə vertolyotlar da cəlb edilib.

Qeyd edək ki, Türkiyə ərazisinin 27,6 faizini meşələr təşkil edir.

Türkiyədə 1937-ci ildən 68 mindən çox meşə yanğını qeydə alınıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31