Yol qəzasında ölən övladlarının sperması ilə nəvə sahibi oldular
12 Sentyabr 2018 17:30 Dünyaİngilis bir ailə ölən övladlarının spermasından süni döl vasitəsilə surroqat ana tutublar və nəvə sahibi olublar.
ABŞ-ın Kaliforniya ştatındakı xəstəxanalardan biri motosiklet qəzasında dünyasını dəyişən 26 yaşlı gəncin valideynlərinin bu üsulla nəvə sahibi olduqlarını açıqlayıb. Xəbərə əsasən, gəncin meyiti qəzadan iki gün sonra tapılıb. Ailənin tək övladının sperması tapılan kimi isə dondurulub.
Hadisə 2015-ci ildə baş verib. Varlı ingilis ailəsinin istəyi ilə oğlan uşağı dünyaya gəlib. Hazırda 3 yaşı olan nəvə İngiltərədə nənəsi və babası ilə birlikdə yaşayır.
Xəstəxananın həkimi bildirir ki, bu, ailəyə 100 min funt sterlinqə başa gəlib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31