Polis Gülənin "super imam"ını axtarır
Türkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) ikinci şəxsi "Uzun Cevdət" ləqəbli Cevdət Türkyolunun axtarışlarını davam etdirir.
22 Avqust 2016 16:12 DünyaTürkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) ikinci şəxsi "Uzun Cevdət" ləqəbli Cevdət Türkyolunun axtarışlarını davam etdirir.
Azvision.az bildirir ki, onun saxlanılması üçün aparılan əməliyyat zamanı aralarında qardaşlarının da olduğu 12 qohumu saxlanılıb.
Polisin saxlanılan şəxslərin evində apardığı axtarış zamanı çox sayda Fətullah Gülənə aid kitablar, terror təşkilatına aid sənədlər və s. tapılıb.
Qeyd edək ki, "Uzun Cevdət" ləqəbli Cevdət Türkyolu Fətullah Gülənin "Super imamı" sayılır. O, faktiki olaraq FETÖ-nün Güləndən sonra ikinci şəxsidir. Hazırda onun Gülənin 1999-cu ildən bəri yaşadığı Pensilvaniyadakı iqamətgahının yaxınlığında yerləşən 3 mərtəbəli villada ailəsi ilə birlikdə yaşadığı bildirilir.
Türkyolu FETÖ-nün qeyri-leqal fəaliyyətlərinin ideya müəllifi və həyata keçiricisi kimi tanınan "Uzun Cevdet"in Sakaryada 24, İstanbulda 11, İzmitdə 3, Ankarada 1 mülkünün olduğu təsbit edilib.