900 adamı öldürtdürən prezident: "BMT-dən də çıxarıq"

Fillippin prezidenti Rodrigo Dutertenin narkotik qaçaqçılarının öldürülməsi ilə bağlı təlimatı BMT-də ciddi etirazla qarşılanıb.

Fillippin prezidenti Rodrigo Dutertenin narkotik qaçaqçılarının öldürülməsi ilə bağlı təlimatı BMT-də ciddi etirazla qarşılanıb.

Teleqraf.com bildirir ki, bu il mayın 9-da prezident seçilən Rodrigo Duterte xalqa və polisə narkotik satanları yerindəcə öldürmək təlimatı verib.  

Həmin vaxtdan narkotiklə bağlı 900 nəfər öldürülüb. 

Tənqidlərinə cavab verən Rodrigo Duterte BMT-nin terror, aclıq və müharibəyə son qoymaqda bacarıqsız olduğunu söyləyib və ölkəsinin qurumdan çıxa biləcəyinə dair anons verib. Prezident Filippinin Çin və Afrika ölkələri ilə birgə BMT-yə alternativ qurum yarada biləcəyini deyib.

Prezident seçilənə qədər 22 il Filippinin üçüncü böyük şəhərində bələdiyyə rəhbəri olan Duterte "Cəzalandırıcı" ləqəbi ilə tanınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31