Yaşını 16 il kiçiltdiyi deyilən müğənnidən açıqlama
"Bağdad" mahnısıyla ulduzu parlayan söz yazarı və müğənni Ayla Çelik yaşını 16 il kiçiltməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
22 Avqust 2016 13:48 Dünya"Bağdad" mahnısıyla ulduzu parlayan söz yazarı və müğənni Ayla Çelik yaşını 16 il kiçiltməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qafqazinfo xəbər verir ki, Çelik sosial şəbəkə mütəxəssislərinin köməyi ilə "Google"da doğum tarixini 1989-cu il olaraq dəyişdirməsini təkzib edib.
"Məndən bu barədə məlumat almadan xəbər yayımlayıblar. Belə xəbərləri oxuyanda gülməkdən öldüm. Bu günə kimi yaşımı gizlətməmişəm, gizlətmək də fikrim yoxdur. Hər yaşın ayrı bir gözəlliyi var", - deyə sənətçi bildirib.
Xatırladaq ki, "Google"da 27 yaşında görünən müğənninin gerçək doğum tarixi isə 1973-cü ildir, yəni ifaçının 43 yaşı var.