Məhkəməsiz edamlar - 1800 insan öldürüldü
Rodrigo Duterte ölkəsinin yeni prezidenti seçilməsindən sonra Filippində narkotiklə bağlı təxminən 1,8 min insan öldürülüb.
22 Avqust 2016 13:42 DünyaRodrigo Duterte ölkəsinin yeni prezidenti seçilməsindən sonra Filippində narkotiklə bağlı təxminən 1,8 min insan öldürülüb.
Publika.az xəbər verir ki, bu haqda polisin bəyanatına istinadən "Reuters" informasiya agentliyi bildirib.
Qeyd edək ki, may ayında prezident seçilən Duterte ölkədə narkotiklərinin satışı və qaçaqmalçılığına qarşı genişmiqyaslı müharibə elan edib.
Ötən həftənin cümə axşamı BMT-nin insan hüquqları sahəsində çalışan ekspertləri Filippin hakimiyyətinin mübarizə metodlarını pisləyiblər. Onlar hakimiyyəti nizamsız qətllərə mane olmağa və lazımı məhkəmə təhqiqatı aparılmadan həyata keçirilən edamlarından imtina etməyə çağırıb.
Duterte isə tənqidə cavab olaraq deyib ki, ölkə BMT-dən çıxa bilər.
Daha sonra isə Filippinin xarici işlər naziri Perfekto Yasay bildirib ki, prezidentin sözlərinə baxmayaraq, ölkə BMT-dən çıxmağa hazırlaşmır.