İŞİD-in 12 yaşlı "canlı bomba"sı tutuldu - VİDEO

İraqın şimalındakı Kürdüstan Muxtariyyəti "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı amansız mübarizəsini davam etdirir.

İraqın şimalındakı Kürdüstan Muxtariyyəti "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı amansız mübarizəsini davam etdirir.
İŞİD də iraqlı kürdləri daim hədəfində saxlayır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən Kərkük şəhərində İŞİD-in qanlı teraktının qarşısı alınıb.
Polislərlə hərbçilər terror partlayışını gerçəkləşdirmək istəyən 12 yaşlı oğlanı tutublar. Onun belinə "canlı bomba" qurşağı sarılmışdı.
Oğlanın əynində "Barselona" klubunun futbolkası vardı və arxasına da "Messi" yazılmışdı.
Türkiyənin Qaziantəp şəhərində eyni yaşda oğlanın toya girərək özünü partlatması nəticəsində 51 nəfər həlak olmuş, 100 nəfər yaralanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31