Taliban yaraqlıları Əfqanıstanın şimalındakı mahalı ələ keçirib

Əfqanıstanın şimal-şərqində, Tacikistanla sərhəddə yerləşən Təxar vilayətinin Xvaca Qhar mahalı "Taliban" qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilib.

Əfqanıstanın şimal-şərqində, Tacikistanla sərhəddə yerləşən Təxar vilayətinin Xvaca Qhar mahalı "Taliban" qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, vilayət başçısının mətbuat katibi Sunatulla Temuri hökumət qüvvələrinin mahal üzərində nəzarəti bazar ertəsi səhər saatlarında itirdiyini açıqlayıb.

Qeyd edək ki, Xvaca Qhar mahalı Kunduz vilayəti ilə sərhəddə, Xanabad mahalından təxminən 60 km uzaqlıqda yerləşir. Bu mahalın inzibati mərkəzi şənbə günü talibançılar tərəfindən tutulub. Lakin növbəti gün gecə saatlarında hökumət qüvvələri şəhəri azad etdiklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31