Türkiyədə terrorçular polisə hücum edib, bir nəfər şəhid olub, 3-ü yaralanıb
Türkiyənin Tunceli əyalətinin Nazmiye rayonunda PKK terrorçularının polis idarəsinə basqını nəticəsində bir polis şəhid olub, 3-ü yaralanıb.
22 Avqust 2016 11:16 DünyaTürkiyənin Tunceli əyalətinin Nazmiye rayonunda PKK terrorçularının polis idarəsinə basqını nəticəsində bir polis şəhid olub, 3-ü yaralanıb.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, yaralı polislərdən birinin vəziyyəti ağırdır.
Məlumata görə, terrorçular polis idarəsi yaxınlığındakı rayon xəstəxanasına basqın edərək 2 təcili tibbi yardım maşınını yandırıb.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən bir qadın terrorçu zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31