Vanda baş verən partlayışda 5 hərbçi və 1 mülki şəxs yaralanıb

Türkiyənin Van vilayətinin Özalp magistral yolunda zirehli hərbi maşının keçidi zamanı partlayış baş verib. 

Türkiyənin Van vilayətinin Özalp magistral yolunda zirehli hərbi maşının keçidi zamanı partlayış baş verib. 

"Report"un "Hüriyyet"ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı ikisi ağır olmaqla 5 hərbçi və 1 mülki vətəndaş yaralanıb. Yaralılar Vandakı xəstəxanaya yerləşdiriliblər.

PKK terror təşkilatı yola yerləşdirdiyi qurğunu Van-Özalp magistral yolunun 50-ci kilometrliyində partladıb. 

Terrorçuların zərəsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyata başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31