70 il sonra çaydan tapıldı: görənləri heyrətləndirdi
Nasist Almaniyası ordusu Vermaxt tərəfindən II Dünya müharibəsi zamanı istifadə edilən zirehli texnika 70 ildən sonra tapıldı.
19 Avqust 2016 18:54 DünyaNasist Almaniyası ordusu Vermaxt tərəfindən II Dünya müharibəsi zamanı istifadə edilən zirehli texnika 70 ildən sonra tapıldı.
Milli.Az xarici KİV-ə istinadən bildirir ki, Polşanın Pilisa çayından tapılan zirehli texnika, aradan illər keçməsinə baxmayaraq salamat qalması ilə görənləri təəccübləndirib.

Qeyd edək ki, Vermaxt 1935-1945 il aralığında Nasist Almaniyasının "müdafiə qüvvələri"nə verilən ümumi addır.

II Dünya müharibəsi zamanı "Vermaxt" quru qüvvələri (Heer), dəniz qüvvələri (Kriegsmarine), hava qüvvələri (Luftwaffe) və xüsusi "SS" birliklərindən ibarət idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31