Putin: “Ukrayna ilə münasibətləri pozmaq fikrində deyilik”
"Rusiya Kiyevlə münasibətləri pozmaq fikrində deyil”.
19 Avqust 2016 18:53 Dünya"Rusiya Kiyevlə münasibətləri pozmaq fikrində deyil".
"RİA Novosti"nin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinTəhlükəsizlik Şurasının Krımda keçirilən iclası zamanı deyib.
"Ümid edirəm ki, təxribat xarakterli addımlar tərəfdaşlarımızın son seçimi olmayacaq və sağlam düşüncə qalib gələcək. Biz münasibətləri kəsməyi düşünmürük. Baxmayaraq ki, Kiyevdəki hakimiyyət Rusiya ilə səfirlər səviyyəsində tam şəkildə diplomatik əməkdaşlığın olmasını istəmir, biz əlaqələrin inkişafı üçün imkanlar yaradacağıq",- deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31