Di Kaprio da dələduz çıxdı

ABŞ-ın Ədliyyə Nazirliyi Leonardo Di Kaprio fondunun Malayziyanın 1MDB dövlət fondunun dələduzluq əməliyyatlarında iştirakından şübhələnir və bunun yoxlanılması üçün məhkəməyə müraciət edib.

ABŞ-ın Ədliyyə Nazirliyi Leonardo Di Kaprio fondunun Malayziyanın 1MDB dövlət fondunun dələduzluq əməliyyatlarında iştirakından şübhələnir və bunun yoxlanılması üçün məhkəməyə müraciət edib.

AZƏRTAC  bildirir ki, ABŞ-da barəsində təhqiqat başlanıldığı 1MDB tərəfindən Hollivud ulduzunun "Leonardo DiCaprio Foundation" (LDF) fondunun hesabına 3 milyard dollar köçürüldüyü məlum olduqdan sonra Ədliyyə Nazirliyi Los-Anceles dairə məhkəməsinə şikayət edib. Lakin aktyorun özü təhqiqatın hədəfində deyil. LDF qeyri-kommersiya təşkilatı olduğundan, qanuna görə, mədaxil və xərcləri barədə informasiya verməyə məcbur deyil.

Malayziya hökuməti isə öz növbəsində adı 1MDB dövlət fondu ətrafında qalmaqala qarışan şəxslərlə bağlı araşdırma aparacağını vəd edib.

Xatırladaq ki, Leonardo Di Kaprio kino sahəsində parlaq karyerasından əlavə, xeyriyyə fəaliyyəti ilə də məşhurdur. O, vəhşi təbiətin mühafizəsi ilə bağlı müxtəlif proqramlara dəfələrlə sponsorluq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31