Gülən tərəfdarları necə ifşa olunurlar?
"Hizmet" hərəkatının banisi və lideri, Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhdin təşkilatında və idarə edilməsində suçlanan Fətullah Gülən tərəfdarlarının Türkiyədə bir-birlərilə əlaqə saxlamaqda istifadə etdikləri xüsusi proqram araşdırılır.
19 Avqust 2016 15:00 Dünya"Hizmet" hərəkatının banisi və lideri, Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhdin təşkilatında və idarə edilməsində suçlanan Fətullah Gülən tərəfdarlarının Türkiyədə bir-birlərilə əlaqə saxlamaqda istifadə etdikləri xüsusi proqram araşdırılır.
Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Gülən tərəfdarlarının, yəni "nurçular"ın istifadə etdikləri "BöyLock" messencer proqramındakı yazışmaları deşifrə edir.
"Nurçular"ın bir-birləri ilə daim təmas qurduqları bu proqram deşifrə olunandan sonra Türkiyədə Fətullah Gülənin 53 min tərəfdarının kimliyi bəlirlənib. Hazırda onların bir-birlərinə yolladıqları 18 milyondan artıq ismarıc araşdırılır.
Gülən tərəfdarları bu proqramdan 2013-2015-ci illərdə istifadə ediblər. Həmin şəxslər arasında İstanbulun Çağlayan, Bakırköy, Qaziosmanpaşa və Anadolu səmtlərindəki məhkəmələrdə çalışan 253 nəfər də vardı.