Abdullah Gül və Əhməd Davudoğlunun müşaviri olmuş diplomat tutulub

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq-əməliyyat tədbirlərii çərçivəsində Türkiyənin UNESCO yanındakı keçmiş daimi nümayəndəsi Gürcan Balık tutulub.

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq-əməliyyat tədbirlərii çərçivəsində Türkiyənin UNESCO yanındakı keçmiş daimi nümayəndəsi Gürcan Balık tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun həbsi barədə qərarı Ankara Prokurorluğu verib.

G.Balık vaxtı ilə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün və sabiq baş nazir Əhməd Davudoğlu xarici işlər naziri olduğu dövrdə onların müşaviri vəzifələrində də çalışıb.

Məlumatda onun Əhməd Davudoğlunu Türkiyənin xarici işlər naziri olduğu dönəmdə ABŞ-da Fətullah Gülənlə də görüşünü təşkil etdiyi bildirilib. Bu baxımdan Gürcan Balıkı Davudoğlunun "sağ əli"də adlandırırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31