Türkiyənin baş naziri:"Elazığda 3 polis şəhid olub, 217 nəfər yaralanıb"
"Elazığda Təhlükəsizlik İdarəsinin binası qarşısında törədilən partlayış nəticəsində 3 polis şəhid olub, 217 nəfər yaralanıb".
18 Avqust 2016 17:02 Dünya"Elazığda Təhlükəsizlik İdarəsinin binası qarşısında törədilən partlayış nəticəsində 3 polis şəhid olub, 217 nəfər yaralanıb".
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım hadisə yerinə - Elazığda səfəri zamanı bildirib.
Onun sözlərinə görə, terror nəticəsində yaralanan 217 nəfərin 72-si ambulator müalicəyə göndərilib, 145-i isə 5 xəstəxanada müalicə olunur: "Müalicə edilən yaralıların 85-i polis, 60-ı isə mülki sakindir. Yaralılardan 20-nin vəziyyəti nisbətən ağırdır. 14 yaralının vəziyyəti isə daha ağırdır. Onların da ikisi polisdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31