Yaxşılıq etmək istədi, məhkəməlik oldu
Müğənni Merve Özbey yaxşılıq etmək istədiyi halda məhkəməlik olub.
18 Avqust 2016 16:39 DünyaMüğənni Merve Özbey yaxşılıq etmək istədiyi halda məhkəməlik olub.
Axşam.az xəbər verir ki, o, gül satan bir qadına kömək məqsədi ilə onun fotosunu paylaşaraq yazıb:
"Bu ürəyi tərtəmiz qadının adı Ayşədir. O, qan xərçəngi olan ərinə və avtomobil qəzası keçirən oğluna öz imkanları ilə baxır. Kiminsə avtomobilinə yapışıb məcburi gül satmır. Saatlarla orada oturub satıcılarını gözləyir. Kömək etmək istəyənlər ondan gül alsınlar".
Bu fotodan sonra müğənni gələn şərhlərdən təəccüblənib. İnsanlar ifaçının ailəsini və özünü təhqir ediblər. Merve məhkəməyə müraciət etdiyini yazaraq daha bir paylaşım edib:
"Tamamilə yaxşı niyyətlə paylaşdığım bir fotonun altına ağlımı donduracaq şərh yazmaq, anama toxunan və heç kimin dözə bilməyəcəyi söyüş söymək qorxuncdur... Buna görə də vəkilimə müraciət etdim".