Ledi Qaqa baş rola çəkilir
Müğənni Ledi Qaqa "Ulduz anadan oldu" (A Star is Born) adlı klassik dramının remeykində çəkiləcək.
18 Avqust 2016 19:57 DünyaMüğənni Ledi Qaqa "Ulduz anadan oldu" (A Star is Born) adlı klassik dramının remeykində çəkiləcək.
Xarici KİV-in məlumatına görə, Bredli Kuperin rejissor olacağı filmin çəkilişləri növbəti il başlayacaq. Bu, Kuperin rejissor kimi debütüdür. Eləcə də, L.Qaqa ilk dəfə baş rol oynayacaq. Filmin musiqisini də Qaqa özü bəstələyib oxuyacaq.
Qeyd edək ki, müğənni "American horror story" ("Amerika qorxu hekayəsi") serialındakı roluna görə "Qızıl Qlobus" da almışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31