Facebook-da inqilabi dəyişiklik: Yeni funksiya
Facebook ana səhifəsini istifadəçiləri daha çox məlumatlandıracaq hala gətirib.
18 Avqust 2016 19:27 DünyaFacebook ana səhifəsini istifadəçiləri daha çox məlumatlandıracaq hala gətirib.
Axar.az bildirir ki, sosial şəbəkənin "sıralama siqnalı" adlandırdığı yeni funksiya ən informativ xəbərləri önə çıxaracaq. Facebookun Fid Qualiti ("Feed Quality") proqram üzvləri məqalələrə 1-5 arasında xal verəcək və məqalələrə yüksək xal verən istifadəçilərə yazını niyə xoşlaması haqda sual ünvanlanacaq.
Daha sonra bütün məlumatlar istifadə edilərək "sıralama siqnalı"nı əmələ gətirəcək.
Bundan əlavə, Facebookda istifadəçinin özünün informativ saydığı yazıları rahatlıqla tapması da hədəflənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31