FETÖ işində bir səfir də həbs olundu

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində ilk dəfə bir səfir tutulub.

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində ilk dəfə bir səfir tutulub.

Milliyət xəbər verir ki, Tuncay Babalı bu gün Ankara prokurorluğunun təlimatı əsasında paytaxt polisi tərəfindən saxlanılıb.  

Diplomat FETÖ-nun təlimatları çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinə məmur işə götürülməsi və onların vəzifələrə təyin edilməsində təqsirləndirilir.  

Babalı ilə birlikdə Nazirlər Kabinetində çalışan Əli Fındıq da saxlanılıb.

Xatırladaq ki, Tuncay Babalı Əhməd Necdət Sezərin prezidentliyi dövründə prezident müşaviri olub. Daha sonra o, 2012-ci ildə Türkiyənin Kanadadakı səfiri təyin oplunub. Dövlət çevrilişinə cəhddən sonra, iyulun 26-da geri çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31