“Android”lərin 80 faizində təhlükə var

"Lookout" şirkətinin mütəxəssisləri "Android" bazasında olan smartfonların 80 faizində təhlükəsizlik baxımından zəiflik aşkar ediblər.

"Lookout" şirkətinin mütəxəssisləri "Android" bazasında olan smartfonların 80 faizində təhlükəsizlik baxımından zəiflik aşkar ediblər.

Lent.az xəbər verir ki, hakerlər üçün "OS KitKat 4.4" və əvvəlki versiyalarda fəaliyyət göstərən cihazlar əlçatan olub.
 
Mütəxəssislərin yoxlamalar zamanı əldə etdikləri nəticələrdən gəldiyi qənaət bundan ibarətdir ki, kibercinayətkarlar olduqca asanlıqla 1,4 milyarddan artıq "Android" cihazlarına müdaxilə edə bilərlər. İlk belə təhlükəli zəiflik 2012-ci ildə təqdim edilən "Linux OS 3.6" versiyasında qeydə alınıb.
 
Hakerlər trafikə cəsusluq etmək və istifadəçinin "Android" sistemli cihazına zərərverici proqram təminatını yazmaq məqsədi ilə onlayn cinayətkarlara smartfonların serverlərə və mobil əlavələrə qoşulmasını kəsmək imkanı verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31