Türkiyə Baş Prokurorluğu: Daha 84 prokuror və hakim saxlanılmalıdır
Türkiyənin Baş Prokurorluğu Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən 84 prokuror və hakimin saxlanılması barədə qərar verib. Trend bu barədə Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
18 Avqust 2016 13:10 DünyaTürkiyənin Baş Prokurorluğu Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən 84 prokuror və hakimin saxlanılması barədə qərar verib. Trend bu barədə Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
Hazırda Türkiyənin 34 vilayətində həmin prokuror və hakimlərin saxlanılması məqsədilə polis tərəfindən əməliyyatlar keçirilir.
Daha öncə Türkiyənin Hakimlər və Prokurorlar Şurası Gülən hərəkatının üzvü olduğu üçün 648 hakim və prokuroru müvəqqəti olaraq vəzifəsindən azad etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31