Hindistanda çörəkxanada partlayış olub, üç nəfər ölüb
Hindistanın paytaxtı Nyu Dehlidə yerləşən çörəkxanada baş verən partlayış nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
18 Avqust 2016 11:23 DünyaHindistanın paytaxtı Nyu Dehlidə yerləşən çörəkxanada baş verən partlayış nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, partlayış baş verən çörəkxana paytaxtın şərq hissəsindədir. Partlayışın qurbanları çörəkxananın əməkdaşları olub.
Partlayışdan qısa müddət sonra hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları gəlib. Yaralılar xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar istintaq başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31