Əkiz bacılar eyni gündə ana oldu
İngiltərənin Leicester şəhərində maraqlı hadisə baş verib. Aile.lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Natalie və Leanne Paulson adlı 21 yaşlı əkiz bacılar eyni gündə ana olublar. Onların doğuşları eyni gündə bir neçə saat arayla olub. Bu, mində bir görülən hadisə böyük maraqla qarşılanıb.
17 Avqust 2016 18:50 Dünyaİngiltərənin Leicester şəhərində maraqlı hadisə baş verib. Aile.lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Natalie və Leanne Paulson adlı 21 yaşlı əkiz bacılar eyni gündə ana olublar. Onların doğuşları eyni gündə bir neçə saat arayla olub. Bu, mində bir görülən hadisə böyük maraqla qarşılanıb.
Bacıların ilk uşaqları olan körpələr, 1 həftə ara ilə gözlənilirdi. Əkizlərin eyni gün doğmaları hər kəsdə təəccüb yaradıb. Leanne oğlan, Natalie isə qız dünyaya gətirib. Oğlanın adını Carter, qızın adını Mila-Rose qoyublar. Doğuşdan sonra əkiz bacılar bir-birlərinin körpələrini qucaqlarına alıblar.
Fotolarda Leanne, həyat yoldaşı Robert və körpələri Carter, Natalie, həyat yoldaşı Dan və körpələri Mila-Roseni də görə bilərsiniz.