Xəzinə axtarışında - Araşdırmalar yenidən başladı
Polşada İkinci Dünya müharibəsinin sonlarına yaxın yoxa çıxan "Qızıl qatarı" ilə bağlı axtarışlara yenidən start verilib.
17 Avqust 2016 19:43 DünyaPolşada İkinci Dünya müharibəsinin sonlarına yaxın yoxa çıxan "Qızıl qatarı" ilə bağlı axtarışlara yenidən start verilib.
ATV.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, Nasist Almaniyasına məxsus zirehli qatarın içində qiymətli metallar, qızıl-zinət əşyaları olub. Onların ümumi dəyərinin 1 milyard dollardan çox olduğu ehtimal edilir. Uzunluğu 150 metrə çatan nəqliyyat vasitəsi Breslau qalasından çıxaraq Valbija istiqamətində hərəkət edən zaman müəmmalı şəkildə yoxa çıxıb. İddialara görə, maşinist SSRİ aviasiyasının hədəfindən yayınmaq üçün tunellerdən birinə girib. Lakin həmin tunel bombardman nəticəsində dağılıb. İndi 70-dək mütəxəssis qızıl qatarı"nın tapmaq üçün axtarışlara başlayıb. Axtarış işlərinə 40 min dollar sərf olunub.
Qeyd edək ki, ötən il həmin bölgədə qatar qalıqları tapılsa da, xəzinənin izinə rast gəlmək mümkün olmamışdı.