Ancelina Coli və Bred Pitin sirri açıldı

Hollivudun ən məşhur cütlüyü Bred Pit və Ancelina Coli haqqında gözlənilməz iddia səsləndirilib.

Hollivudun ən məşhur cütlüyü Bred Pit və Ancelina Coli haqqında gözlənilməz iddia səsləndirilib.

Xarici KİV-in məlumatına görə, aktyor və aktrisanın "Hollivud vampiri" olduğu deyilir. Cütlüyə yaxın adamlar onların belə gənc görünməsinin sirrini açıblar:

"Ancelina da, Bred də qocalmaqdan qorxurlar. Hər ikisi dərilərini cavanlaşdırmaq üçün hər şey edirlər. Bred tez-tez üzünə botoks etdirir. Eyni şəkildə Coli də plastik əməliyyatlardan istifadə edir. Eyni zamanda lazerə də tez-tez gedir. Bred cavan görünmək üçün dərisini bronzlaşdıran kremlərdən istifadə edir".

Mənbə onların cavan qalmaq üçün etdiklərini vampirlərin qan içməsinə bənzədib.

Qeyd edək ki, A.Coli 41, B.Pitt isə 53 yaşındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31