İsrail Türkiyəyə 20 milyon ödəyir: KONFLİKT BİTİR

"İsrail 25 gün içində Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək".

"İsrail 25 gün içində Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək".

Axar.az bildirir ki, bunu "A Haber" televiziyasına açıqlamasında Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ söyləyib.
 
Onun sözlərinə görə, Türkiyənin İsraillə münasibətlərin düzəlməsi üçün irəli sürdüyü bütün tələblərin hamısı artıq Tel-Əviv tərəfindən yerinə yetirilib.
 
Bu gün həmçinin Türkiyə ilə İsrail arasında münasibətlərin qaydaya salınması üçün hazırlanan anlaşma layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olunub. Anlaşmaya əsasən, İsrail 20 milyon dollarlıq təzminatı müqavilə qüvvəyə mindiyi gündən etibarən 25 gün içərisində verməlidir.
 
Qeyd edək ki, 2010-cu ildə beynəlxalq sularda Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçilərinin hücum etməsi ilə Ankara-Tel-Əviv münasibətləri pisləşib. Qəzzaya yardım aparan mülki vətəndaşlara hücum edən hərbçilər 9 nəfərin ölümünə, 60 nəfərin yaralanmasına səbəb olublar. Bir neçə il münasibətləri gərgin olan hər iki ölkə sonradan Romada gizli görüşlər həyata keçirib. İsrail Türkiyənin bütün tələblərini yerinə yetirməyə razılıq verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31