7 illik münasibət niyə bitdi?
Məşhur Formula 1 pilotu Lüis Hemilton Nikol Şerzinqerlə ayrılmağı barədə açıqlama verib.
17 Avqust 2016 19:04 DünyaMəşhur Formula 1 pilotu Lüis Hemilton Nikol Şerzinqerlə ayrılmağı barədə açıqlama verib.
Qafqazinfo xəbər verir ki, Hemilton "Top Gear" jurnalına müsahibəsində həyatındakı qadınların hər zaman ikinci sırada olacağını bildirib.
"Mənim avtomobillərə olan ehtirasım böyükdür, həyatımda olan qadınlar hər zaman ikinci sırada olacaqlar. Onlara elə də böyük diqqət ayırmıram. Maşınlar isə mənim körpələrimdir", - deyə məşhur pilot qeyd edib.
ABŞ mətbuatı qeyd edir ki, Lüisin 7 illik münasibətə son qoymağının səbəbi evlilikdən qaçmasıdır.
Çünki Nikol münasibətlərini rəsmiləşdirmək istəyib, sevgilisi isə onunla evlənmək istəmədiyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31