Quyu qazdılar, Qurani-Kərim çıxdı
Türkiyənin Bolvadin bölgəsinin "Sultan Carullah Quran Kursu" yaxınlığında qazılan quyudan xeyli sayda Qurani-Kərim çıxıb.
17 Avqust 2016 13:24 DünyaTürkiyənin Bolvadin bölgəsinin "Sultan Carullah Quran Kursu" yaxınlığında qazılan quyudan xeyli sayda Qurani-Kərim çıxıb.
Hadisə sonrası qəsəbədə araşdırmaya başlayan polis əməkdaşları Quran kursunun cavabdeh şəxslərini sorğu-sual ediblər. Hadisəni polis əməkdaşları prokurorluğa xəbər veriblər. Prokurorluğun təlimatıyla istintaq başlanılsa da, hər hansı bir neqativ halla qarşılaşılmayıb.
Kurs işçilərinin ifadələrini alan polislər, Qurani-Kərimin basdırıldığını öyrənib. Müəllimlər ilkin ifadələrində kitabları tələbələr oxuya bilmədikləri üçün torpağa basdırdıqlarını və yağışın yağmasından sonra onların bu hiylələrinin üstünün açıldığını bildiriblər.

Məsələnin aydınlaşmasından sonra bəzi vətəndaşlar hadisəyə sərt reaksiyaları ilə diqqət çəkiblər. Sosial şəbəkələrdə fotoların paylaşılmasından sonra hadisədən xəbərdar olan insanlar bu olayın Qurani-Kərimə hörmətsizlik olduğunu qeyd ediblər.
Quyudan çıxan 40 Quran polis əməkdaşları tərəfindən götürülüb.