"Alişana qız bəyəndirməyə çalışıram"

Model Çağla Şikel və müğənni Alişan birlikdə açılış mərasiminin birinə qatılıblar.

Model Çağla Şikel və müğənni Alişan birlikdə açılış mərasiminin birinə qatılıblar.

ATV.az xəbər verir ki, bir həftədir Antalyada istirahət etdiyini söyləyən Çağla Şikel açılış mərasimində Alişanı tək buraxmayıb.

Alişan mahnı ifa edərkən, Çağla Şikel isə "selfie" çəkərək, sosial şəbəkədə paylaşıb.

Alişana qadın pərəstişkarlarından biri "Niyə evlənmirsən" sualını verib.

Suala cavab verən Çağla Şikel "Alişana qız bəyəndirmək üçün çalışıram. Amma bəyəndirmək çətindir"- deyib.

Alişan isə "Çağla sağ olsun, bütün yoldaşları ilə məni tanış edib. Qismət"-deyərək, suala cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31