Dəhşətli qəza - Möcüzə nəticəsində sağ qaldılar

Çində dəhşətli qəza təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

Çində dəhşətli qəza təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

ATV.az xarici mediaya istinadən bildirir ki, yük maşının sürücüsü manver edərkən sükana hakim ola bilməyib. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, digər avtomobilin üzərinə aşıb. Qəza zamanı avtomobil tamamilə deformasiyaya uğrayıb. Amma maşındakı şəxslər möcüzə nəticəsində sağ qalıb. Dərhal yaxınlıqdakı insanlar köməyə gələrək  qadın sərnişini dərhal avtomobildən çıxarıb. Sürücünü salondan çıxarmaq üçün isə yarımsaatdan çox vaxt sərf olunub. Xəstəxanaya yerləşdirilən şəxslərin ciddi xəsarətlər aldığı məlum olsa da, həkim onların həyatı üçün təhlükənin olmadığını deyir. Polisin məlumatına görə, qəzaya yük maşınının sürücüsünün sürət həddini aşması səbəb olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31