Tuba və Kıvançın serialında yenə problem yarandı

Tuba Büyüküstün və Kıvanç Tatlıtuğun baş rolda çəkiləcəyi "Siyah Beyaz" serialı ilə bağlı yenidən problem yaranıb.

Tuba Büyüküstün və Kıvanç Tatlıtuğun baş rolda çəkiləcəyi "Siyah Beyaz" serialı ilə bağlı yenidən problem yaranıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni mövsümün ən iddialı serialı olacaq layihənin ssenerisi növbəti dəfə dəyişdirilir. Buna səbəb isə ilk seriyalarda pis və qəddar obra zkimi göstərilən Kıvançın bundan razı qalmamasıdır.

Qeyd edək ki, Fərhad (Kıvanç) və Şirin (Tuba) adlı iki fərqli dünyanın insanının sevgisindən bəhs edəcək "Siyah Beyaz"ın rejissoru Ali Bilgin, ssenari müəllifləri isə Sema Ergenekon və Eylem Canpolatdır. Serial oktyabrda başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31