Yeni "Kösəm Sultan" Nurgül Yeşilçay sarayda

Aktrisa Nurgül Yeşilçay artıq "Möhtəşəm yüz il: Kösəm Sultan" serialının çəkiliş meydançasında olub.

Aktrisa Nurgül Yeşilçay artıq "Möhtəşəm yüz il: Kösəm Sultan" serialının çəkiliş meydançasında olub.

Türkiyə mətbuatının məlumatına görə, yeni mövsümdən etibarən Beren Saatı əvəz edərək Kösəm Sultanı canlandıracaq aktrisa tərəf-müqabili Metin Akdülgerlə ilk fotosunu paylaşıb:

"Bütün günü Topkapı sarayını gəzdik. Zəriflik, incəlik qarşısında, böyük tariximizin önündə baş əydik. Nə xoşbəxtik ki, belə zəngin tariximiz var".

Qeyd edək ki, serialın çəkilişləri sentaybrın 1-də başlayacaq. Bu mövsüm IV Muradın 11 illik hakimiyyətindən bəhs edəcək. Sultan Muradı isə M.Akdülger canlandıracaq. N.Yeşilçay isə onun anası Kösəm Sultanın 40 yaşlı halına həyat verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31