Alimlər: Qədim insanlar şirniyyatı sevirmişlər
Alimlər qədim insanlarla bağlı maraqlı araşdırma aparıblar. Qədim insanların şirniyyata münasibəti öyrənilib və tədqiqatlar nəticəsində onların şirin qidaya biganə qalmadıqları üzə çıxıb.
16 Avqust 2016 19:24 DünyaAlimlər qədim insanlarla bağlı maraqlı araşdırma aparıblar. Qədim insanların şirniyyata münasibəti öyrənilib və tədqiqatlar nəticəsində onların şirin qidaya biganə qalmadıqları üzə çıxıb.
"Vista News" saytı xəbər verir ki, elm adamları bu fikrə iki mindən çox insan qalığının dişləri üzərində aparılan tədqiqatlar nəticəsində gəliblər. Bu sümüklərin iki milyon il bundan əvvəl yaşamış insanlara aid olduğu bildirilir. Araşdırmalardan məlum olub ki, əcdadlarımız da bizim kimi kariyesdən əziyyət çəkiblər.
Bununla yanaşı, mağara adamlarının sümükləri üzərində aparılan tədqiqatlar nəticəsində onlarda oynaq xəstəliklərinin də olduğu üzə çıxıb. Hazırda alimlər əcdadlarımızın vərəmdən əziyyət çəkib-çəkmədikləri istiqamətində araşdırmalar aparırlar.