Nalbandyana yeni müavin gətirilir
7 İyun 2016 18:50 DünyaErmənistanın xarici işlər nazirinə yeni müavin təyin ediləcək.
Axar.az bildirir ki, bu barədə informasiyanı "Joxovurd" qəzeti yayıb. Yeni müavinin Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi Armen Papikyan olacağı deyilib. Papikyanı Avropa Şurasında isə Paruyr Ovannisyan əvəzləyəcək.
Qeyd edək ki, Papikyan hakim Respublika Partiyasından deputat olan Xosrov Arutünyanın kürəkənidir. Arutünyan bir müddət öncə oğlu Robert Arutünyanı da nazir müavini təyin etdirməyi bacarmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00