Türkiyə MEADS Hava Hücumundan Müdafiə sistemlərini sərhəddə yerləşdirdi

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Türkiyəni öz hava sahəsini Alman Patriot sistemləri ilə gücləndirməyə məcbur etmişdi. Almanlar isə çox sədaqətli müttəfiq olduqlarını nümayiş etdirərək bu sistemləri az bir müddət içində geri çəkərək Türkiyənin hava sahəsini demək olar ki, raket hücumuna açıq vəziyyətə gətirmişdilər. Bu gün NATO-ya bağlı olaraq İtalyan MEADS  Hava Hücumundan Müdafiə sistemləri Türkiyəyə dəniz yolu ilə İskəndəruna  gətiriliblər .Sistemlər İtalyan heyətlə bərabər Maraşdaki  Qazı Hərbi Bazasına yerləşdiriliblər. 360 dərəcəlik radar sisteminə sahib olan MADAS Zenit Raket Batareyası uçan hər növ hədəfi 1000 kilometr uzaqlıqda müəyyən edərək məhv etmə gabiliyyətinə sahibdir. MADAS sistemi bəzi keyfiyyətlərinə görə Patriot və S-300 Zenit Sistemlərindən üstün sistem olaraq bilinir. Xəbər "Olaylar"ın Türkiyə bürosunundur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00