Ekspert: Dohadakı görüş neft bazarına müsbət təsir edəcək

Dohada neft istehsalçılarının qarşıdakı görüşü (17 aprel) çox vacibdir və nəticədə müsbət dəyişikliklər olacaq. Bunu Trend-ə Rusiyanın "Alpari" şirkətinin Analitik departamentinin direktoru Aleksandr Razuvayev deyib. Onun sözlərinə görə, görüş hasilat həcmləri ilə bağlı müsbət dəyişikliklərə səbəb olacaq və yayda 1 barelə görə 50-60 dollara çatacaq neftin qiymətinin artmasına xidmət edəcək. Ekspert hesab edir ki, Səudiyyə Ərəbistanı İranın mövqeyindən asılı olmayaraq qərar qəbul edəcək: "Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatı məsələsini razılaşdırıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00