Böyük Britaniyada keçirilən konfransda SAM rəsmisi Qarabağdan danışacaq

Aprelin 2-dən 4-dək Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva Böyük Britaniyada səfərdə olacaq. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd Böyük Britaniyanın Kembric Universitetində Slavyan və Şərqi Avropa Tədqiqatları üzrə Britaniya Assosiasiyası tərəfindən təşkil ediləcək konfransda iştirak və çıxış etməkdir. Tədbirdə G.Paşayeva "Dağlıq Qarabağ münaqişəsi: müharibə və sülh arasında" mövzusunda məruzə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00