Orxan Pamuk məhkəməyə verildi
1 Aprel 2016 15:46 DünyaSakaryada yaşayan Yavuz Konuk adlı şəxs Nobel laureatı Orxan Pamuku məhkəməyə verib. Axar.az bildirir ki, Yavuz Konuk yazıçı Orxan Pamukun "Qırmızı saçlı qadın" romanının 114-cü səhifəsində yazılanların türk əxlaqına zidd olduğunu əsas gətirib. O, şikayətində kitabın nəşriyyatlardan, kitab mağazalarından yığılmasını və bu hissənin çıxarılmasını tələb edib. Yavuz Konuk ərizəsində Orxan Pamukun türk xalqından üzr istəməli olduğunu da bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00