"Qərb Tiflisə görə Rusiyaya cavab verməlidir"
1 Aprel 2016 15:20 DünyaRusiyaya göstərmək lazımdır ki, onun qonşularına istənilən provokasiyasına Qərb tərəfindən cavab veriləcək. Axar.az bildirir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında amerikalı ekspert Corc Benites söyləyib. Onun sözlərinə görə, NATO-nun bütün üzvləri bir müddət öncə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasinin açıqlmasını müzakirə etməlidirlər. O, Rusiyaya ümumi cavab verilməsi gərəkdiyini bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Gürcüstan baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi ilə görüşdükdən sonra jurnalistlərə açıqlama verərək, Moskvanın səbrinin bir həddi olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00